Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 8 sentyabr tarixində məlumat daxil olub.
Hadisə Bayraq meydanının qarşısında qeydə alınıb. “VAZ 2107” markalı avtomobil motosikletlə toqquşub. Nəticədə ikitəkərlinin 17 yaşlı sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, o, kaskasız olub.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.