Gəncədə bir sıra ailələr ziyarət olunub. Bu haqda 7 yanvar tarixində Aqrar Könüllülərinə istinadən məlumat veririk.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən könüllülərimiz "Kənd Sovqatı" layihəsi çərçivəsində şəhid, qazi və aztəminatlı ailələri ziyarət ediblər. Onlar həmin ailələrə kənd sovqatı hədiyyə edərək sevindiriblər.