Gəncədə könüllülər ekskursiyada olublar. Bu haqda 3 fevral tarixində ASAN könüllülərinə istinadən məlumat veririk.
Ekskursiya Gənclər Günü ilə əlaqədar keçirilib. 2 saylı Gəncə regional "ASAN Xidmət" mərkəzinin cari və məzun könüllüləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. İştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib. Qonaqlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən muzeyi ziyarət edərək eksponatlarla, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.