Gəncədə küçələrdən biri bağlanıb. Bu haqda Gencexeber.az-a 24 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mahrasa bağı ərazisindən gedir. Təbriz küçəsində tələbə poliklinikasından Zərifə Əliyeva adına göz klinikasına kimi, oradan da rəssamlıq məktəbinin dördyolunadək avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Burada təmir işləri gedir.
Ərazi qazılaraq kanalizasiya xətti çəkilir. Həmin yerdə “Maqro Construction” şirkəti çalışır.
[modula id="34749"]