Gəncə şəhər başçısı 1 nömrəli tam orta məktəbdə sakinlərlə görüşüb. Bu haqda 28 iyun tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Görüşdə sakinlərin müraciətləri tək-tək dinlənilib. İşlə təminat, mənzil növbəliliyi, maddi yardımın göstərilməsi və digər məsələlər vətəndaş müraciətlərinin əsasını təşkil edib. Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata götürülüb.