Gəncədə tələbələrlə görüş baş tutub. Bu haqda 4 oktyabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Görüş Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin I kurs tələbələri ilə keçirilib. Tədbirdə universitetin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Mayis Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, ATİ fakültəsi rəhbərliyi və digər struktur bölmə rəhbərləri iştirak ediblər.
Burada tələbələrə ictimai həyat, tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verilib, həmçinin bu imkanlardan yararlanmaq tövsiyə olunub.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.