top
Şəhidlər İlham Əhmədovun və Elşən Abdullayevin mövlududur
01 avqust 2023, 16:00
- ↺ +

Şəhidlər İlham Əhmədovun və Elşən Abdullayevin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid İlham Əhmədov və Elşən Abdullayevin doğum günüdür.

İlham Təhməz oğlu Əhmədov 1 avqust 1972-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 20 saylı məktəbdə alıb. 1990-cı ildə sürücülük sənətinə yiyələnib.

O, 10 oktyabr 1990-cı ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 25032 saylı hərbi hissənin tərkibində Tərtər, Ağdərə, Füzuli bölgələrində vuruşub.

İlham Təhməz oğlu Əhmədov 18 yanvar 1994-cü ildə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. O, Gəncə Şəhidlər xiyabanında dəfn olunub. Oxuduğu məktəbdə mərhumun xatirə şəkli vurulub.

Elşən Sabir oğlu Abdullayev 1 avqust 1992-ci ildə Gəncədə doğulub.  2009-cu ildə 5 nömrəli tam orta məktəbi bitirib. 2010-2014-cü illərdə Gəncə Dövlət Universitetinin “Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisası üzrə təhsil alıb.

2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin noyabr ayında Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzinin zabit kursuna daxil olub. 2015-ci ilin fevralında buranı bitirib və leytenant rütbəsi alıb.

2019-cu ildə ona baş leytenant rütbəsi verilib. 23 oktyabr 2020-ci ildə ailəsinə xəbər vermədən Xüsusi Təyinatlı Qoşunların tərkibinə daxil olub, 24 oktyabrda döyüş bölgəsinə yollanıb. Elşən Sabir oğlu Abdullayev 9 noyabr 2020-ci ildə Şuşa-Xankəndi yolu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidimiz Prezident tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
12 oktyabr 2026, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
12 oktyabr 2026, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
12 oktyabr 2026, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
12 oktyabr 2026, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
12 oktyabr 2026, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Oxşar xəbərlər