top
Üç şəhidimizin mövlududur
02 avqust 2023, 12:00
- ↺ +

Üç şəhidimizin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid Bəhlul Allahmanovun, Zakir Niyazovun və İsa Abbasovun doğum günüdür.

Bəhlul Mustafa oğlu Allahmanov 2 avqust 1960-cı ildə Gəncədə anadan olub. 28 saylı orta məktəbi bitirib. 1989-cu ilin sonlarında Ağcakənddə ermənilər paylayıcı stansiyanı sıradan çıxardığına görə Gəncə elektrik şəbəkəsinin bir qrup işçisi bərpa işləri aparmaq üçün həmin rayona ezam edilib. Ermənilər təmir işləri aparan energetikləri girov götürüb və 13 gün işgəncə veriblər. Onların arasında Bəhlulun atası da olub. Bəhlul atasının qisasını almaq üçün döyüşə yollanıb. O, Ağcakəndin, Ağdərənin və bir sıra digər yerlərin ermənilərdən təmizlənməsində iştirak edib.

2 iyul 1992-ci ildə Armud postu yaxınlığında gedən qızğın döyüş zamanı ağır yaralanıb. Bəhlul Mustafa oğlu Allahmanov 7 avqust 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Zakir Fikrət oğlu Niyazov 2 avqust 1970-ci ildə Gəncədə anadan olub. O, Gəncə şəhəri 32 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Avtomexanika Texnikumuna daxil olub və avtomobil istismarı peşəsinə yiyələnib. 1989-1991-ci illərdə Omsk şəhərində Daxili Qoşunlarda qulluq edib.

20 mart 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb, Gəncə batalyonunun tərkibində Naxçıvanik, Drambon döyüşlərində iştirak edib. Zakir Fikrət oğlu Niyazov 2 aprel 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

İsa Faiq oğlu Abbasov 2 avqust 1996-cı ildə Gəncədə doğulub. 2014-cü ildə 20 nömrəli tam orta məktəbi bitirib. 2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında təhsil alıb.

2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 28 sentyabr 2020-ci ildə səfərbərlik zamanı yenidən ordu sıralarına qatılıb. Füzuli, Xocavənd rayonları və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib.

İsa Faiq oğlu Abbasov 9 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Prezident tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
12 oktyabr 2026, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
12 oktyabr 2026, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
12 oktyabr 2026, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
12 oktyabr 2026, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
12 oktyabr 2026, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Oxşar xəbərlər