Gəncədə şəhid ailələri ilə görüş baş tutub. Bu haqda 14 yanvar tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev və aparatın məsul əməkdaşları bir qrup şəhid ailə üzvləri ilə görüşüblər. Burada şəhid ailələrinin müraciətləri tək-tək dinlənilib. Səslənən müraciətlərin, qeyd olunan problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri araşdırılaraq həlli üçün nəzarətə götürülüb.