Gəncədə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib. Bu haqda 24 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
“Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” mövzusunda tədbir Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində təşkil olunub. Burada mərkəzin şəxsi heyəti və şəhərdə fəaliyyət göstərən universitetlərin professor və müəllimləri iştirak ediblər.
Tədbirdə Mərkəzin rəis müavini polkovnik Elçin Cəfərov, GDU-nun dosenti Asif Cavadov, ADAU-nun professoru Azad Bayramov, UTECA-nın baş müəllimi Bəxtiyar Məhərrəmovun çıxışları baş tutub.
Sonda ulu öndərin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.