Gəncədə küçələrin birində işıqlandırma sistemi bərpa olunur. Bu haqda Gencexeber.az-a 27 sentyabr tarixində məlumat daxil olub.
Söhbət Heydər Əliyev prospektindən gedir. Prospekt boyunca yerləşən işıq dirəklərində olan yararsız lampalar yenisi ilə əvəzlənir. Əraziyə MKTİB-nin texnika və canlı qüvvəsi cəlb olunub.
Qeyd edək ki, təmir işləri MKTİB-nin Küçə işıqlandırılması şöbəsi tərəfindən görülür.