Gəncədə daha bir kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 24 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Atatürk prospekti, 180 ünvanında qeydə alınıb. Burada bir neçə gün öncə yeraltı su borusu partlayıb. Nəticədə günlərdir piyada səkisi boyunca içməli su axır.
Sakinlərin sözlərinə görə, onlar “Azərsu”ya müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.