Gəncədə yol kəsişmələrinin birində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 15 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal Nizami Gəncəvi və Atatürk prospektlərinin kəsişməsində müşahidə olunur. Orada yerləşən bütün yol tənzimləyiciləri işləmir.
Bu səbəbdən ərazidə sıxlıq əmələ gəlib. Piyada və sürücülər üçün təhlükəli hal yaranıb. Nəqliyyat vasitələrinin sürücüləri öz aralarında kommunikasiya edərək yollarına davam edirlər.