Gəncədə daha iki küçəyə asfalt salınıb. Bu haqda Gencexeber.az-a 11 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər Elşən İmamquliyev və Natiq İsayev (keçmiş Krılov) küçələrində aparılıb. Hər iki küçəyə asfalt ortüyü salınıb. Növbəti mərhələdə yol xətləri çəkiləcək və nişanlar qoyulacaq.
Həmçinin Elşən İmamquliyev küçəsində yolun kənarlarına bordürlərin düzülməsi üçün hazırlıq görülüb, Natiq İsayev küçəsində isə artıq düzülüb.
[modula id="44926"]