Gəncədə bir neçə yol təmir olunur. Bu haqda Gencexeber.az-a 1 sentyabr tarixində məlumat daxil olub.
Söhbət Müslüm Maqomayev küçəsi və Məhsəti küçəsi, döngə 1-dən gedir. Adıçəkilən ərazilərdə yol infrastrukturunun salınması işlərinə başlanılıb. Köhnə asfalt qaşınıb və yol səthi bərabərləşdirilib. Həmçinin yolların kənarına bordürlər düzülüb. Növbəti mərhələdə asfalt örtüyü salınacaq.
Həmçinin Vüqar Həsənov küçəsində bordürlərin yeniləri ilə əvəz edilməsi üçün hazırlıq işləri gedir.
[modula id="44129"]