Gəncədə bir sıra müəllimlər təltif olunublar. Bu haqda 10 fevral tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
“Genderə həssas məktəblərin təşviqi” layihəsinin yekunu olaraq, təlimlərdə iştirak edən GDU-nun əməkdaşlarına sertifikat təqdimatı keçirilib. Burada bildirilib ki, keçirilən təlimlərin əsas məqsədi genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək və tələbələrə çatdırmaqdır.
Seminarlarda GDU-nun 22 nəfərlik professor-müəllim heyəti iştirak edib. Müəllimlər inkişafetdirici və dəstəkləyici mühitin təşkilində gender aspektini nəzərə almağın yeni yolları ilə tanış olaraq maraqlı təkliflər veriblər.
Sonda təlimlərdə fəal iştirak edən GDU-nun bir qrup əməkdaşlarına sertifikatlar təqdim edilib.