Gəncədə məktəblərdə təlim keçirilib. Bu haqda 24 fevral tarixində GİKM-ə istinadən məlumat veririk.
"Gəncdən gəncə inkişaf" layihəsinin ikinci mərhələsi start götürüb. Burada iştirakçılar mentor olaraq fəaliyyətə başlayıblar. Layihənin birinci mərhələsində təşkil olunmuş təlimlərdə iştirak edən 20 gəncdən 5-i mentor olaraq fəaliyyətlərə cəlb olunub.
Növbəti turda seçilmiş iştirakçılar Gəncə şəhərində yerləşən orta məktəblərdə təlim təşkil ediblər. İlk təlim 41 saylı orta məktəbdə təşkil olunub. Burada iştirak edən şagirdlərə təqadimatçı Hüseyn Xəlilov tərəfindən ictimai fəaliyyət istiqamətində mentor dəstəyi göstəriləcək.