Gəncə sakini piyadanı vurub. Bu haqda Gencexeber.az 23 noyabr tarixində Azertag.az-a istinadən məlumat verir.
Hadisə Abşeron rayonunun Hökməli qəsəbəsində baş verib. Gəncə şəhər sakini A.Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Yasəmən Ağaşirinovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.