Gəncənin bu hissəsində tullantıların atılması üçün nəzərdə tutulmuş yerdə natəmizlik şəraiti hökm sürür. Bu haqda Gencexeber.az-ın izləyicisi dekabrın 20-si məlumat verib.
Sözügedən hal köhnə Kərpic zavodunun yanında müşahidə edilir. Təqdim olunan fotomateriallarda 20-30 metr məsafədə ərazinin çirklənməsi gözə çarpır.
İzləyicimizdən əldə etdiyimiz məlumata əsasən, ərazidə 130 yaxın fərdi yaşayış evi yerləşir. Tullantıların atılması üçün ərazidə cəmi yeddi tullantı qabı yerləşdirilib.