Gəncənin Nizami prospektində işıqfor işləmir. Bu haqda Gencexeber.az-a yanvarın 18-i məlumat daxil olub.
Sözügedən hal prospektdə yerləşən hərbi şəhərciyin yanında müşahidə edilir. Bu gün, saat 09:00-dan etibarən yolun hərəkətini tənzimləyən qurğu fəaliyyətdən dayanıb.
Əldə olunan məlumata əsasən, ərazinin elektrik enerji təchizatı kəsilməyib.