Gəncənin 4-cü mikrorayonunda yerləşən yaşayış binasının qarşısında asfalt örtüyü yoxdur. Bu haqda Gencexeber.az-a yanvarın 7-si məlumat daxil olub.
Sözügedən hal şəhərin Abbas Səhhət, bina 16 ünvanında müşahidə edilir. Təqdim olunan foto və videomateriallarda küçədə daşlı torpaqlı yol əks olunur. Girişlərin önündən isə mənbəyi bilinməyən su axır.
Sakinlərin sözlərinə görə, yağışlı havada binanın qarşısında küçə enliyində gölməçələr yaranır. Palçıq səbəbindən orada hərəkət çətinləşir.
Daha öncə, Eyyub Əlizadə küçəsində yaşanan vəziyyət haqda məlumat vermişdik.