19 C
Gence
19 C
Gence

Gəncədə daha bir küçənin asfalt örtüyü yoxdur

Gəncədə küçələrin birində sakinlər yol infrastrukturunun olmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 2 yanvar tarixində məlumat daxil olub.

Şəhərin Eyyub Əlizadə küçəsində asfalt örtüyü yoxdur. Sakinlərin sözlərinə görə, yağışlı havada küçə ilə hərəkət etmək olmur. “Hər yanda gölməçələr yaranır. Ayaqlarımız palçıq olur”- deyə, onlar bildiriblər.

Bu vəziyyətdən piyadalarla yanaşı sürücülər də narazıdır. Onların sözlərinə görə, yağış yağanda avtomobillər küçəyə girməkdə çətinlik çəkirlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan