Gəncədə daha bir küçənin sakinləri yol infrastrukturunun olmamasından narazıdırlar. Bu haqda 22 dekabr tarixində Gencexeber.az izləyicisi məlumat verib.
Şəhərin Neman Vəliyev küçəsində asfalt örtüyü yoxdur. Sakinlərin sözlərinə görə, yağışlı havada küçə ilə hərəkət etmək olmur, piyadaların ayaqları palçığa batır. Ərazidə çoxlu sayda gölməçələr əmələ gəlir. Bundan başqa həmin ərazidə işıqlandırma sistemi də yoxdur. Bu da sakinlərin vəziyyətini daha da çətinləşdirir.
Qeyd edək ki, Neman Vəliyev küçəsinin yaxınlığında yerləşən Əziz Əliyev və Əbü-Üla Gəncəvi küçələri asfaltlanıb və işıqlandırılıb.
[caption id="attachment_7178" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]