Gəncədə zəncirvari qəza baş verib. Bu haqda Bizim.media-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107", "OPEL" və "KİA" markalı minik avtomobilləri toqquşublar. Xəsarət alanların olmadığı bildirilib.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.