Gəncədə baş verən qəza nəticəsində xəsarət alanlar var. Bu haqda yanvarın 28-i Report.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb. Avtomobil qəzası zamanı xəsarət alanların olduğu bildirilir.
Əraziyə cəlb olunan DYP əməkdaşları faktla bağlı araşdırma aparıblar.