Gəncənin 29 nömrəli orta məktəbinin yanında təmizlik işləri görülüb. Bu haqda Gencexeber.az-a yanvarın 12-si məlumat daxil olub.
Sözügedən təhsil ocağı Adil xan Ziyadxanov küçəsində yerləşir. Gəncə şəhər MKTİB-in əməkdaşları tərəfindən zibillər yığılıb və ərazidən yığışdırılıb.
Ötən gün ərazinin zibillənməsi haqda xəbər vermişdik.
Qeyd edək ki, 29 nömrəli məktəb ikinci Vətən müharibəsi zamanı erməni terroruna məruz qalmışdır.