24.7 C
Gence
24.7 C
Gence

Gəncədə 29 nömrəli məktəbə gedən yolda və binanın ətrafında zibilliklər var

Gəncənin 29 nömrəli orta məktəbinin ətrafı zibilliyə çevrilib. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.

Təhsil ocağına gedən yolda zibil qabları boşdur, məişət tullantıları isə yola atılıb. Sözügedən məsələ Adil Ziyadxanov küçəsində yerləşən yataqxananın qarşısında müşahidə edilir. Məktəbin ətrafında qutularının dolu olması səbəbindən tullantılar ətrafa səpilib.

Qeyd edək ki, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb Vətən müharibəsi zamanı erməni terroruna məruz qalmışdır.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan