Gəncədə məktəbdə yenilik tətbiq olunub. Bu haqda 25 yanvar tarixində Gəncə şəhər 8 nömrəli tam orta məktəb məlumat paylaşıb.
Orta təhsil müəssisəsində ilk dəfə olaraq V-XI siniflər üçün Böyük Summativ Qiymətləndirmə elektron formatda keçirilib. Siniflər üçün qrafik hazırlanıb. Şagirdlər növbə ilə qiymətləndirmədə iştirak edəcəklər. Layihənin üstünlüyü ondan ibarətdir ki, məktəblilər imtahanı bitirən kimi nəticələrini görə bilirlər.