Gəncəli rəssam sənətin sirrlərinə özü yiyələnərək gözoxşayan əsərlər yaradır. Bu haqda Gencexeber.az-a 21 yanvar tarixində məlumat daxil olub.
Davud Arif oğlu Bayramov 2 dekabr 1986-cı ildə Gəncə şəhərində dünyaya gəlib. Kiçik yaşlardan onun rəssamlığa marağı olub. Davudun sözlərinə görə, o, çəkdiyi rəsmləri qonşuluqda yaşayan Fizuli müəllimə göstərərək ondan məsləhətlər alırdı. Rəssam 2015-ci ildən bu sahəyə daha professional yanaşmağa başlayır. O, XVI - XIX əsrlərin incəsənətini kitablardan araşdıraraq öz üzərində işləməyə başlayır. Bəzi səbəblərdən Davud Bayramov incəsənət üzrə ali təhsil almayıb.
Sənətkar hiperrealizm üslubunda əsərlər çəkir. Onun sözlərinə görə, bir rəsm həftələr, bəzən aylarla vaxt alır.
Rəssam 5 ildir sifarişlər qəbul edir. O, Asan xidmət mərkəzinin yaxınlığında yaşayır. Sənətkarla (055) 303 34 57 nömrəsi ilə əlaqə saxlamaq olar.
[caption id="attachment_8731" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8732" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8733" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8734" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8735" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8736" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8737" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_8738" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]