Gəncəli şagird "First Lego League Azərbaycan" (FLL) müsabiqəsində iştirak edib. Bu haqda 21 dekabr tarixində Gəncə şəhər 27 nömrəli məktəb-liseyi məlumat paylaşıb.
Təhsil müəssisəsinin şagirdi Yaqub Əliyev müsabiqədə iştirakına görə sertifikatla təltif olunub. FLL elm, texnologiya, fizika və riyaziyyat əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 10-16 yaşlı 6 nəfərdən ibarət komandalar iştirak edirlər. Bu ilki turnir "CITY SHAPER" adlanıb.
Qeyd edək ki, FLL Təhsil Nazirliyi, ADA Universiteti və "Mars Academy" şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.