Gəncədə daha bir ödənişsiz təlim baş tutub. Bu haqda 18 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.
"Fərdi kompüterlərin təsnifatı və əsas tərkib hissəsi" mövzusunda təşkil olunmuş seminar kurs rəhbəri İlahə Mehdiyeva tərəfindən keçirilib. Təlim diskussiya şəklində davam edib və gənclərin mövzuya aid sualları cavablandırılıb.
Qeyd edək ki, iştirak ödənişsizdir və seminarlar daha iki gün keçiriləcək. Kurs Gəncə Gənclər Evində fəaliyyət göstərir.