Gəncədə yazıçı Seyid Hüseynin anadan olmasının 135 illiyi münasibətilə tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.
Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında baş tutub. Yazıçı və onun əsərləri haqda ətraflı məlumat verilib.
Qeyd edilib ki, görkəmli yazıçının hekayələrində məişət problemləri, ailə və qadın hüquqsuzluğu məsələlərinə geniş yer verilir, ictimai problemlər ön plana çəkilir.
Sonra kitabxananın fəal oxucusu tərəfindən "Gilan qızı" hekayəsi ifadəli şəkildə oxunub və hekayə haqqında müzakirələr aparılıb.