Gəncədə İncəsənət məktəbində konsert baş tutub. Bu haqda 3 fevral tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Tədbir Gənclər Gününə həsr olunub. İlk öncə məktəbin direktor əvəzi Hüseynli Təvəkgül şagirdləri təbrik edib. O, hamıya uğurlar, xoşbəxt gələcək arzulayıb. Sonra konserti xor kollektivi açıb. Tədbirdə şagirdlərlə yanaşı müəllimlər də çıxış ediblər.
[caption id="attachment_9501" align="alignnone" width="300"]
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto[/caption]