Gəncədə ödənişsiz skolioz xəstələri üçün müayinələr keçiriləcək. Bu haqda 2 dekabr tarixində məlumat daxil olub.
Müayinələr Ortez-Protez mərkəzində 3 və 4 dekabr tarixlərində aparılacaq. Burada protez və ortezlərin hazırlanması və təmiri, skolioz müayinəsi və korreksiyası həyata keçirilir.
Qeydiyyatdan keçmək üçün (055) 409 29 93 nömrəsi ilə əlaqə saxlamaq olar. Mərkəz Üzeyir Hacıbəyov küçəsi, 294B ünvanında yerləşir.