Gəncədə sakinlər sahibsiz itlərin çoxluğundan narazıdırlar. Bu haqda Gencexeber.az-a 7 yanvar tarixində məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, itlərin sayı çox olduğundan, onlar küçəyə çıxmağa qorxurlar. “Qaranlıqda gəzə bilmirik, uşaqları tək bayıra buraxmağa qorxuruq”, - deyə onlar bildirirlər.
Biz, Gencexeber.az olaraq, bu problemlə bağlı İcra Hakimiyyətinə müraciət etdik. Onlar məsələyə aydınlıq gətirərək, hələlik itlərin toplanaraq yaşayış yerlərindən uzaqlaşdırıldığını bildiriblər. Həmçinin qeyd olunub ki, sığınacaq və ya bu tipli məntəqələrin qurulması məsələsinə baxılır.