"Gəncə Memorial Hospital"da 4-18 yaş arası pasiyentlər üçün ödənişsiz oftalmoloq müayinəsi keçiriləcək. Bu haqda xəstəxananın rəsmi İnstagram səhifəsində məlumat yerləşdirilib.
Müayinələr 25 və 26 noyabr tarixlərində oftalmoloq-cərrah, doktor Jalə Musazadə tərəfindən aparılacaq. Xanım Rusiya Federasiyası, Akademik S.N. Fyodorov adına "Gözün Mikrocərrahiyyəsi" Dövlət Elmi Tədqiqat Texnoloji Kompleksində ixtisaslaşıb.
Öncədən qeydiyyat vacibdir. Bunun üçün aşağıda göstərilən nömrələr ilə əlaqə saxlamaq kifayətdir: