Gəncədə yerləşən küçədə natəmizlik şəraiti hökm sürür. Bu haqda 3 dekabr tarixində izləyicimizdən məlumat daxil olub.
Sözügedən ərazi E.T.Qurbanov küçəsində yerləşir. Təqdim olunan şəkillərdə göründüyü kimi, yağışlı hava zamanı orada gölməçələr yaranır. Yolda yaranan palçıq sakinlərin hərəkətini çətinləşdirir.
"Yağış yağanda palçıq dizə çatır" - deyə, sakin bildirib.
Daha öncə, 31 saylı məktəbə gedən yoldan məlumat vermişdik.
[caption id="attachment_6037" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]