Gəncədə baş verən qəza zamanı sürücü ağır xəsarətlər alıb. Bu haqda 20 dekabr tarixində Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü İlham Məmmədov idarəetməni itirərək hasara çırpılıb. Daha sonra o, hasarın arxasındakı traktorla toqquşub.
Məmmədov xəstəxanaya çatdırılıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.