Gəncədə "Şəhidlərimizi tanıyaq və tanıdaq" başlığı altında tədbir baş tutub. Bu haqda məlumat görüşün təşkilatçısı olan Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində dərc edilib.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Səbinə Piriyeva Azərbaycanın milli qəhrəmanı Riad Əhmədov haqda danışıb. Görüş zamanı qələbəni xalqımıza bəxş edən şəhidlərin xatirəsi yad olunub.
Qeyd edək ki, dekabrın 20-si Riad Əhmədovun 66 yaşı tamam olacaqdı.