Gəncədə avtomobil 3 piyadanı vurub. Bu haqda fevralın 3-ü Apa.az-a istinadən məlumat veririk.
Şəhər ərazisində "Chevrolet Cruze" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək 3 qadını vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb.
Sürücü və xəsarət alan 3 qadın xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.