Gəncə sakini məsuliyyətsizliyə görə cərimələnib. Bu haqda 21 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.
Kənan Muradov azyaşlı uşağını sükan arxasına əyləşdirib. Bu görüntülər sosial şəbəkələrdə yayılıb. Yol Polis idarəsinin əməkdaşları sürücünü saxlayıblar. Onunla profilaktik söhbətlər aparılıb. Daha sonra, protokol tərtib olunaraq, Kənan Muradov məsuliyyətə cəlb olunub.