Gəncədə 2 dekabr tarixində kitab sərgisi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Sərgi 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə təşkil olunub. Burada Gəncə şəhər qüsurlu uşaqların təhsi aldığı 45 №-li xüsusi məktəbin şagirdləri iştirak ediblər. Tədbirdə həm Azərbaycan, həm də dünya ədəbiyyatının tanınmış yazıçılarının əsərləri yer alıb. İştirakçılara kitablar haqqında geniş məlumat verilib.
Sərginin məqsədi uşaqların həyatında mühüm rol oynayan kitabları uşaqlara sevdirmək və onlarda mütaliə həvəsini daha da artırmaq olub.