Gəncədə kitab sərgisi keçirilib. Bu haqda 28 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
"Nizami ünvanlı kitablar" adlı tədbir Kitabxana Sisteminin Uşaq şöbəsində təşkil olunub. Kitabxanaçı Aytən Əliyeva bildirib ki, Nizami Gəncəvinin əsərləri yüzilliklərdən bəri ürəkləri fəth edib. İştirakçılar "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemaları, şairin əsərlərindən ibarət miniatür təsvirli kitablar, rus və ingilis dillərində çap olunmuş nəşrlərlə tanış olublar. Onlara kitablar haqda ətraflı məlumat verilib.