Gəncədə 21 yanvar tarixində kitab sərgisi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Tədbir "Yeni kitablar" başlığı altında 11 nömrəli kitabxana filialında təşkil olunub. Kitabxanaçı Nailə Məmmədova iştirakçılara kitabxana fondu haqqında geniş məlumat verib. Daha sonra "Molla Nəsrəddin: 1906-1931" I və II cildləri, "Azərbaycan multidisiplinar əlyazması: Xəzinədən incilər", "Azərbaycan miniatürləri", Marqaret Mitçelin "Küləklə sovrulanlar" və Çarlz Dikkensin "Oliver Tvist" kitablarının xülasəsi baş tutub.
Qeyd edək ki, tədbirə Kəpəz Tədris Mərkəzinin müəllim və şagird kollektivi qatılıb.