Gəncədə küçələrdən birində kanalizasiya xətti daşıb. Bu haqda 20 dekabr tarixində izləyicimiz məlumat verib.
Bu hal Adil İsgəndərov küçəsi, bina 66 ünvanında müşahidə olunur. Tikilinin kanalizasiya boruları tutulub. Nəticədə çirkab suları ətrafa axaraq pis qoxu verir.
Sakinlərin sözlərinə görə, bu vəziyyət bir neçə ildir ki davam edir. Vətəndaşlar bir neçə dəfə aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
"Burada çox pis vəziyyətdir. Evdə iydən oturmaq olmur"- deyə, sakinlər bildirirlər.