Gəncədə yük maşını piyadanı vurub. Bu haqda Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "KamAz" markalı yük maşını yolu keçmək istəyən 53 yaşlı A.Məmmədovu vurub.
Piyada xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.