Gəncədə əmək yarmarkası keçirilib. Bu haqda Gencexeber.az-a iyulun 20-si məlumat daxil olub.
Yarmarka Dövlət Məşğulluq Agentliyi tərəfindən baş tutub. Burada agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, icra başçısı Niyazi Bayramov, millət vəkilləri, işəgötürənlər, işaxtaran və digər qonaqlar iştirak ediblər.
Tədbirdə dövlət və özəl sektordan olan 80 işəgötürən tərəfindən 800-dən çox vakansiya təqdim olunub. İşaxtaranların CV-ləri qəbul edilərək nəzərdən keçirilib.
[modula id="41116"]