Gəncədə şəhid Hüseyn Mirzəyevin ildönümü mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a dekabrın 22-si məlumat daxil olub.
Gəncə Şəhidlər xiyabanında keçirilən mərasimdə şəhidin yaxınları, sakinlər və qazilər iştirak ediblər. Mərhumun məzarı önünə gül dəstələri qoyulub və dualar oxunub. Daha sonra isə "Qızıl Ay" mərasim zalında ehsan verilib.
Hüseyn Elsevər oğlu Mirzəyev 19 iyul 2001-ci ildə Gəncə şəhərində doğulub. 13 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 dekabr 2020-ci ildə Gəncədə dəfn olunmuşdur.
[caption id="attachment_7159" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_7160" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_7161" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]