Gəncədə fəal gənclər təltif olunacaqlar. Bu haqda 1 fevral tarixində Gənclər Evi məlumat paylaşıb.
Tədbir "2 Fevral - Azərbaycan Gənclər Günü"nün təsis edilməsinin 25 illiyinə həsr olunur. 2 fevral saat 10:30-da baş tutacaq mərasimdə iştirak ödənişsizdir. Tədbir Gəncə Heydər Əliyev Mərkəzində keçiriləcək. Təşkilatçı Gəncə Gənclər Evidir.