Gəncədə fiziki qüsurlu uşaqlara nağıl saatı təşkil olunub. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat paylaşılıb.
Gəncə şəhər 45 saylı xüsusi məktəbdə keçirilən tədbirin aparıcısı Sulaxbin-Elçi Aygün nağıllar haqqında danışıb. Orada Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında çəkilən cizgi filmini izlənib.
Tədbir Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı "Nağıl saatı" layihəsi çərçivəsində təşkil olunmuşdur.